Ermənilər Rusiyada AzTV-nin əməkdaşlarına xəsarət yetirib, kameranı sındırıblar - VİDEO

Ermənilər Rusiyada AzTV-nin əməkdaşlarına xəsarət yetirib, kameranı sındırıblar -  VİDEO
  03 Dekabr 2019    Oxunub:5914
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi işğalçı ölkə nümayəndələrini qəzəbləndirib.
Azvision.az -ın məlumatına görə, hətta iş o yerə çatıb ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının (AzTV) məsələ ilə bağlı ərazidə çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.



Qeyd edək ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olub. Bu narazılıqlar fonunda Qaregin Njdenin xatirə lövhəsinin sökülüb.

Azvision.az


Teqlər: AzTV   Əməkdaş  





Xəbər lenti