Xidmət rəisi TİKA-nın koordinatoru ilə görüşüb

Xidmət rəisi TİKA-nın koordinatoru ilə görüşüb
  03 Dekabr 2019    Oxunub:1650
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin Koordinatoru cənab Teoman Tiryaki ilə görüşüb.
Azvision.az xəbər verir ki, qonağı səmimi salamlayan Xidmət rəisi qonağa Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, gördüyü işlər barədə geniş məlumat verib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən cənab Teoman Tiryaki qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Xidmət və TİKA arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.



Azvision.az


Teqlər: Miqrasiya  





Xəbər lenti