Deputatların xarici səfərləri təxirə salındı

Deputatların xarici səfərləri təxirə salındı
  03 Dekabr 2019    Oxunub:2242
Dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada ATƏT PA-nın Büro iclası və ATƏT-in Nazirlər Şurasının iclası keçiriləcək.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti sabah keçiriləcək iclasa qatılmayacaq: “Bildiyiniz kimi, dekabrın 2-də Milli Məclisdə parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında qərar qəbul edilib və bununla bağlı ölkə başçısına müraciət edilib. Cənab Prezident Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Sabah həmin müraciətlə bağlı Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bütün bunlar əsas verir ki, xarici səfərlərimizi təxirə salaq və ölkənin əsas gündəmi olan seçkilər və digər məsələlərlə məşğul olaq. Bu, normal bir praktikadır və dünyanın hər bir yerində parlament buraxıldığı təqdirdə parlament üzvlərinin birbaşa daxili siyasətə fokslaşması, seçkilərlə bağlı məsələlərlə məşğul olması normal haldır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ATƏT   İclas   Deputat  





Xəbər lenti