Qardaşı ilə birlikdə döyüşən Aprel şəhidi - FOTOLAR

 Qardaşı ilə birlikdə döyüşən Aprel şəhidi -  FOTOLAR
  03 Dekabr 2019    Oxunub:7305
Bu gün Aprel döyüşlərində şəhid olan gizir Nurlan Əsgərlinin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, Nurlan Bayram oğlu Əsgərli 1995-ci il dekabrın 3-də Masallı rayon Kalinovka kəndində anadan olub. Nurlan 2014-cü ildə ordu sıralarına yola düşüb. Hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində oxuyaraq Xüsusi Təyinatlı Qüvvələrdə giziri kimi xidmətə başlayıb.



Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərdə Nurlan Əsgərli qəhrəmancasına şəhid olub. Onun cənazəsi aprelin 4-də doğulub boya-başa çatdığı Masallı rayon Kalinovka kəndində torpağa tapşırılıb.

Kalinovka kəndində yaşadığı küçə şəhidin adını daşıyır.



Qeyd edək ki, şəhidimizin böyük qardaşı da hərbçidir. Onlar Aprel döyüşlərində bir yerdə döyüşüblər.





Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid   NurlanƏsgərli  





Xəbər lenti