Ağcabədidə narkotik alverçisi saxlanılıb

Ağcabədidə narkotik alverçisi saxlanılıb
  02 Dekabr 2019    Oxunub:2640
Ağcabədi rayonunda narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxs tutulub.
Azvision.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Hindarx qəsəbə sakini, 1974-cü il təvəllüdlü Elsevər Tariel oğlu İsmayılov saxlanılıb. Axtarış zamanı onun üzərindən 0,7 qram heroin və 2.5 qram marixuana aşkar edilərək götürülüb.

Daha sonra E.İsmayılovun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı dolabdan 6 bükükdə ümumi çəkisi 215 qram olan heroin, 2 bükükdə ümumi çəkisi 17.7 qram metamfetamin, 3 bükükdə ümumi çəkisi 70,8 qram marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır

Azvision.az


Teqlər: AĞcabədi  





Xəbər lenti