Bir ailənin dörd üzvü yol qəzasında öldü

   Bir ailənin dörd üzvü yol qəzasında öldü
  02 Dekabr 2019    Oxunub:2851
Dekabrın 1-də saat 20 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakinləri T.Abdıyevin idarə etdiyi “Mitsubishi Pajero” və Vüqar Orucovun idarə etdiyi “VAZ-21013” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə “VAZ” markalı avtomobilin sürücüsü və sərnişinlərindən qardaşı Dilqəm, onun arvadı Rəsmiyyə, qızı Nübar, həmyerlisi Hədiyyə Əliyeva hadisə yerində ölüb, daha 1 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti