Bu gün parlamentin buraxılması məsələsinə baxılacaq

   Bu gün parlamentin buraxılması məsələsinə baxılacaq
  02 Dekabr 2019    Oxunub:2426
Bu gün Milli Məclisin xüsusi iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Milli Məclisdə təmsil olunan YAP üzvlərinə parlamentin buraxılması təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub. Deputatlar yekdilliklə bu təklifi dəstəkləyiblər.

Azvision.az


Teqlər: MilliMəclis   İclas  





Xəbər lenti