Narkotik çəkən, dilənçilik edən, küçəyə atılan uşaqlar - Yeni statistika

  Narkotik çəkən, dilənçilik edən, küçəyə atılan uşaqlar -    Yeni statistika
  01 Dekabr 2019    Oxunub:8644
Cari ilin birinci yarısında yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişlikdə qeydiyyatda olan uşaqların sayı 2320 nəfər olub. Bunlardan 312 nəfəri qız, 2008 nəfəri isə oğlandır.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, qeydiyyatda olan uşaqların 924 nəfəri 14 yaşadək, 1396 nəfəri isə 14-17 yaş aralığındadır.

Qeydiyyatda olan uşaqların 432 nəfəri məşğulluğu olmayanlar, 587 nəfəri təhsildən yayınanlardır. Həmçinin 8 uşaq spirtli içki və başbulandırıcı maddə, 5 uşaq narkotik vasitələr və psixotrop maddələr qəbul edənlərdir.

25 uşaq valideyn himayəsindən məhrum olub. 7 uşaq atılıb və ya imtina edilib. 285 uşaq dilənçiliklə məşğuldur. 16 uşaq küçədə işləyir.

Bundan əlavə, 2019-cu ilin birinci yarısında İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb edilən uşaqların sayı 185 nəfər olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika   Uşaq  





Xəbər lenti