İraqın Baş naziri istefa verib

İraqın Baş naziri istefa verib
  01 Dekabr 2019    Oxunub:2280
İraqın Baş naziri Adel Abdul Mahdi vəzifəsindən istefa verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə davam edən etiraz aksiyalarından sonra Baş nazir istefa ərizəsini parlamentə göndərib.

“Böhranı dayandırmaq üçün istefa vacibdir”, - Abdul Mahdi bildirib.

Qeyd edək ki, bu gün İraq parlamenti növbədənkənar iclasında onun istefasını müzakirə edəcək.

Azvision.az


Teqlər: İraq   Baş-Nazir   İstefa  





Xəbər lenti