Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir

Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir
  30 Noyabr 2019    Oxunub:1316
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşıllıq zonalarının salınması təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası Azərbaycan Ordusunda da davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu gün keçirilən növbəti iməcilikdə şəxsi heyət tərəfindən abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiya çərçivəsində ümumilikdə 60 mindən çox müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulub.

Azvision.az



Teqlər: Ordu   Aksiya  





Xəbər lenti