Ağcabədidə narkotik alverçisi tutuldu

Ağcabədidə narkotik alverçisi tutuldu
  30 Noyabr 2019    Oxunub:3005
Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana və heroin aşkar edilib. Onun yaşadığı evə baxış zamanı çəkisi 120 qram olan marixuana və 200 qramdan artıq heroin də aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti