Bu gündən təşviqat kampaniyası başlayır

   Bu gündən təşviqat kampaniyası başlayır
  30 Noyabr 2019    Oxunub:3323
Bu gündən Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilir.
Azvision.az xəbər verir ki, mövcud qanunlara əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Belə ki, seçkiqabağı təşviqatın aparılması dekabrın 22-si saat 08:00-da dayandırılacaq.

Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Azvision.az


Teqlər: Seçki   Bələdiyyə  





Xəbər lenti