Prezident Administrasiyasının yeni strukturu təsdiq olundu

Prezident Administrasiyasının yeni strukturu təsdiq olundu
  29 Noyabr 2019    Oxunub:5656
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.

Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.

Qarşıya qoyulan vəzifələrə uyğun olaraq, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında (www.president.az) yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilib (əlavə olunur).

Prezident AdministrasiyasıAzərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq edilməlidir.

Azvision.az


Teqlər: PA  





Xəbər lenti