Sabah güclü külək əsəcək

Sabah güclü külək əsəcək
  29 Noyabr 2019    Oxunub:1721
Bakıda və Abşeron yarımadasında noyabrın 30-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.

Azvision.az



Teqlər: Hava  





Xəbər lenti