Azərbaycan daha bir beynəlxalq mükafata layiq görüldü
Cari ilin 29 iyunundan 31 oktyabrınadək davam edən səsvermədə ən populyar turizm növləri və ən yaxşı turizm istiqamətləri üzrə 24 nominasiya yer alıb.
Sayca 9-cu dəfə keçirilən müsabiqədə 50-dən artıq ölkənin turizm məhsulları və turizm istiqamətləri səsverməyə çıxarılıb.
Hər il keçirilən “National Geographic Traveler Awards” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, həmçinin yeni səyahət marşrutlarının yaranmasını stimullaşdırır.
Məlumat üçün bildirək ki, “National Geographic Traveler” jurnalı “National Geographic Partners” korporasiyası tərəfindən Rusiya da daxil olmaqla, dünyanın bir çox ölkəsində dərc olunur və jurnalda səyahət mövzuları üzrə məqalələr dərc olunur.
Azvision.az