Orduda ağacəkmə aksiyası keçirilir

Orduda ağacəkmə aksiyası keçirilir
  28 Noyabr 2019    Oxunub:2232
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşıllıq zonalarının salınması təşəbbüsünə Azərbaycan Ordusunun şəxsi heyəti də qoşulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, ağacəkmə aksiyası çərçivəsində birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatlarda ümumi sayı 60 mindən çox müxtəlif növ ağac əkiləcək, təyin olunmuş ərazilərdə yeni yaşıllıq zolaqları salınacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaq, ağacların dibi yumşaldılacaq və yaşıllıqlara aqrotexniki qulluq göstəriləcək.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltməkdir.

Hazırda Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir.

Azvision.az



Teqlər: Ordu   Ağac  





Xəbər lenti