Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi

 Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi
  28 Noyabr 2019    Oxunub:7483
Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunub.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

Azvision.az



Teqlər: Prezident   Sərəncam   Palata  





Xəbər lenti