Prezident İcra Hakimiyyətinə 7 milyon manat ayırdı - Sərəncam

Prezident İcra Hakimiyyətinə 7 milyon manat ayırdı -    Sərəncam
  28 Noyabr 2019    Oxunub:3942
Prezident İlham Əliyev Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 7,0 (yeddi) milyon manatı Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam  





Xəbər lenti