BDU-nun zəhərlənən tələbələri evə buraxıldı

BDU-nun zəhərlənən tələbələri evə buraxıldı
  27 Noyabr 2019    Oxunub:1869
21 noyabr tarixində Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənən tələbələr evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tələbə qızlar bu gün saat 14:50-də evə yazılıblar.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. 1998-ci il təvəllüdlü Həmidə İbadova və BDU-nun kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zəhərlənən digər tələbə 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az



Teqlər: BDU   Tələbə  





Xəbər lenti