Qarabağda traktor minaya düşüb - Yaralı var

Qarabağda traktor minaya düşüb -  Yaralı var
  27 Noyabr 2019    Oxunub:3139
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində traktor minaya düşüb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Ağdarə rayonu yaxınlığında su kanalında iş aparılan zaman baş verib.
Hadisə nəticəsində 1997-ci il təvəllüdlü V.S. ağır bədən xəsarətləri alıb. Hazırda araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Mina   Traktor  





Xəbər lenti