Masazırda obyekt və maşın yanıb

Masazırda obyekt və maşın yanıb
  26 Noyabr 2019    Oxunub:1965
Abşeron rayonunun Masazır qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 150 m² olan birmərtəbəli tikilinin (kafe və avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində “ZAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Yanğın   Masazır  





Xəbər lenti