Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi

Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi
  26 Noyabr 2019    Oxunub:4746
Xəzər Universitetinin 6 tələbəsi dəm qazı zəhərlənməsi ehtimalı ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə barədə təcili yardıma saat 04:47-də çağırış daxil olub.
"Qızların dediyinə görə, hadisə kirayələdikləri mənzildə baş verib. Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Zəhərlənmə  





Xəbər lenti