Nazir Astarada vətəndaşları qəbul edəcək

Nazir Astarada vətəndaşları qəbul edəcək
  26 Noyabr 2019    Oxunub:1503
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov noyabrın 29-da, saat 11:00-da Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Azvision.az xəbər verir ki, həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı rayonu və Lənkəran şəhəri, nazir müavini Elçin Zeynalov Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzində Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-5525544), Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2871212) Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-9840721) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Azvision.az


Teqlər: KTN   İnam-Kərimov   Nazir   AstaraQəbul  





Xəbər lenti