Azay Quliyev seçicilərini qəbul edib

Azay Quliyev seçicilərini qəbul edib
  26 Noyabr 2019    Oxunub:1745
Bu gün Milli Məclisin deputatı Azay Quliyev Binəqədi rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərini qəbul edib.
Azvision.az xəbər verir ki, deputat seçicilərin sosial, əfv, məşğulluq, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib. Seçicilərin qaldırdığı bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı isə müvafiq qərarlar qəbul olunub.

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.

Azvision.az



Teqlər: Azay-Quliyev   Deputat  





Xəbər lenti