Vəkillər Kollegiyasının rəhbərliyi beynəlxalq konfransda iştirak edib

Vəkillər Kollegiyasının rəhbərliyi beynəlxalq konfransda iştirak edib
  26 Noyabr 2019    Oxunub:1836
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyi Sofiya Vəkillər Kollegiyasının 100 illiyi çərçivəsində keçirilən “Demokratik cəmiyyətdə qanunun aliliyi naminə vəkilliyin rolu” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Kollegiyadan Azvision.az -a verilən məlumata görə, Bolqarıstan Vəkillər Kollegiyaları Şurasının, Sofiya Vəkillər Kollegiyasının və Qanunun Aliliyi İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi Vəkillər Kollegiyasının sədri Anar Bağırov və müavini Pərviz Ələkbərov təmsil ediblər.

Tədbirdə Bolqarıstanın Ədliyyə naziri Danial Kirilov, Bolqarıstan Ali İnzibati Məhkəməsinin sədri Georgi Çolakov, Bolqarıstan Vəkillər Kollegiyaları Şurasının sədri Ralista Neqentsova, Polşa, Türkiyə, Rusiya, İspaniya, İtaliya, Ukrayna və bir sıra digər ölkələrin vəkillər assosiasiyalarının nümayəndələri iştirak ediblər.

Konfransda “Qanunun aliliyi demokratik dövlətin əsas prinsiplərindən biri kimi”, “Vəkillərin müstəqilliyi və pozulmazlığı müdafiə hüququnun təminatı kimi”, “Qanunun aliliyinin təmin edilməsində vəkil qurumlarının rolu” mövzusunda yerli və beynəlxalq təcrübəyə dair məruzələr dinlənilib.

Azvision.az



Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti