Axtarışda olan 4458 nəfər sərhəddə saxlanılıb
Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statistik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nailiyyətlərin əldə olunmasında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb.
Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılıb, saxta və özgəsinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər saxlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintapşırıqları əsasında DSX əməkdaşlarının sosial-məişət vəziyyətinin gücləndirilməsinin, şəxsi heyətin pul təminatının artırılmasının, sərhəd nəzarəti məntəqələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasının sərhədçilərin xidmətinə ən yüksək səviyyədə göstərilən ali diqqət və qayğının ifadəsi olması bildirilib.
Azvision.az
Teqlər: DSX