Azərbaycanda məişət zorakılığı halları artıb - 6 ayda 678 cinayət

Azərbaycanda məişət zorakılığı halları artıb -  6 ayda 678 cinayət
  25 Noyabr 2019    Oxunub:2569
2019-cu ilin birinci yarısında məişət zorakılığı zəminində 678 cinayət hadisəsi qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin müvafiq dövründə məişət zorakılığı zəminində baş verən cinayətlərin sayı 558 olub.
Məlumatda qeyd olunub ki, cari ilin birinci yarısında məişət zorakılğı nəticəsində baş vermiş cinayətlərin 19-u qəsdən adam öldürmə, 18-i adam öldürməyə cəhd, 13-ü qəsdən sağlamlığa ağır zərər vurma, 49-u qəsdən sağlamlığa az ağır zərər vurma, 558-i qəsdən sağlamlığa yüngül zərər vurma, 5-i əzab vermə, 1-i öldürmək və ya sağlamlığa zərər vurmaqla hədələmək, 15-i işə digər cinayətlərlə bağlıdır.

Məişət zorakılığı cinayətləri nəticəsində 699 şəxs zərər çəkib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 575 olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Cinayət   Statistika   Məişət  





Xəbər lenti