İki piyada yol qəzasının qurbanı oldu

İki piyada yol qəzasının qurbanı oldu
  23 Noyabr 2019    Oxunub:1580
Noyabrın 22-də saat 8 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini M.Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Aybəniz Əlimirzəyevanı vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 22-də saat 23 radələrində Beyləqan rayonunun Aşıqlı kəndi ərazisində rayon sakini M.Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən Mayak qəsəbə sakini Oruc Zeynalovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza   Piyada  





Xəbər lenti