Əli Əsədov Londonda keçirilən sammitdə iştirak edib - FOTOLAR

   Əli Əsədov Londonda keçirilən sammitdə iştirak edib -    FOTOLAR
  23 Noyabr 2019    Oxunub:3714
Noyabrın 22-də Böyük Britaniyanın paytaxtı London şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov AYİB-in mənzil-qərargahında keçirilən Sammitdə iştirak edib.

Sammit çərçivəsində Baş Nazir Əli Əsədov Ukraynanın Baş Naziri Aleksey Qonçaruk, Moldovanın Baş Naziri İon Kiku və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə ikitərəfli görüşlər keçirib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq Sazişi və Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanın Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında Saziş imzalanıb.







Azvision.az



Teqlər: Əli-Əsədov   Baş-Nazir  





Xəbər lenti