Xaçmazda 4 otaqlı ev yanıb

  22 Noyabr 2019    Oxunub : 956
Xaçmazda 4 otaqlı ev yanıb
Xaçmaz rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 63 m² sahədə və evə bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikili yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın