Milli Şura üzvündən qalmaqallı addım

Milli Şura üzvündən qalmaqallı addım
  22 Noyabr 2019    Oxunub:2217
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov Azərbaycan Xalq Hərəkatının mitinq təşəbbüsünə dəstək verib.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Milli Şuranın üzvü Namizəd Səfərov AXH elan etdiyi 30 noyabr mitinqi ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinə ünvanlanan müraciətə imza atıb.

Milli Şura üzvünün bu addımı isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub və onun sözügedən müraciəti imzalaması birmənalı qarşılanmayıb. Xüsusilə N.Səfərovun bu “manevr”inə Əli Kərimli-Qurban Məmmədov qarşıdurması fonunda qiymətləndirilir.

Azvision.az


Teqlər: AXH   Milli-Şura  





Xəbər lenti