Ağdamda “Ekologiya həftəsi” baş tutub
Layihənin sosial komponenti çərçivəsində 15-22 noyabr 2019-cu il tarixində Ağdam Dövlət Sosial-İqtisadi kollecinin tələbələrinə, eyni zamanda Quzanlı məktəblərinin şagirdlərinə Alman Əməkdaşlığı Təşkilatının nümayəndələri Məhbubə Musayeva və İlkin Əliyev tərəfindən “Ətraf mühitin mühafizəsi və dayanıqlılıq” mövsuzunda maarifləndirici seminar keçirilib.
Maarifləndirici seminarlardan əlavə Quzanlı məktəbinin şagirdləri və kollec tələbələri ilə birlikdə ağacəkmə aksiyası baş tutub. Əkilən ağaclar Ağdamın landşaftına uyğun olan ümumilikdə 300 meyvə ağacları və akasiyalardan ibarət olub. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yeni əkilən ağacları suvarıblar.
Aksiyanın keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, əhalinin bu sahəyə marağını inkişaf etdirmək, təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq və gənclərin ətraf mühitə dair bilik və təcrübələrini artırmaqdan ibarətdir.
Ekologiya həftəsi çərçivəsində keçirilən silsilə tədbirlərdə ümumilikdə 300-ə yaxın məktəbli və gənc iştirak edib.
Azvision.az
Teqlər: Ağdam Ekollogiya