Yeni Ombudsman məsələsi plenar iclasa tövsiyə olundu

 Yeni Ombudsman məsələsi plenar iclasa tövsiyə olundu
  22 Noyabr 2019    Oxunub:3508
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Məsələ müzakirə olunduqdan sonra plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili olan Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ildə başa çatıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis   İclas   Komitə  





Xəbər lenti