Zəhərlənən tələbələrin vəziyyəti necədir? - Açıqlama

   Zəhərlənən tələbələrin vəziyyəti necədir? -    Açıqlama
  22 Noyabr 2019    Oxunub:3404
Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənən tələbələrin səhhəti ilə bağlı son durum açıqlanıb.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir

Xatırladaq ki, ötən gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat verilib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. 1998-ci il təvəllüdlü Həmidə İbadova və BDU-nun kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.

Azvision.az



Teqlər: BDU   Tələbə   Yataqxana  





Xəbər lenti