Bakıda internetin verilməsində fasilələr yaranacaq

Bakıda internetin verilməsində fasilələr yaranacaq
  21 Noyabr 2019    Oxunub:2735
Noyabrın 21-də axşam saatlarında internet şəbəkəsində qısa fasilələr yaranacaq.
“Bakı Telefon Rabitəsi” MMC-dən Azvision.az -a bildirilib ki, MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir. Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Azvision.az



Teqlər: İnternet  





Xəbər lenti