Gömrükdə pirotexniki vasitələr aşkarlanıb

Gömrükdə pirotexniki vasitələr aşkarlanıb
  21 Noyabr 2019    Oxunub:1667
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 54000 ədəd pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 54000 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az




Teqlər: DGK  





Xəbər lenti