Sumqayıtda “ASAN xidmət”in tikintisinə pul ayrıldı

 Sumqayıtda “ASAN xidmət”in tikintisinə pul ayrıldı
  21 Noyabr 2019    Oxunub:4695
Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   ASAN-Xidmət  





Xəbər lenti