Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR

 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib -  FOTOLAR
  21 Noyabr 2019    Oxunub:4764
Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi. Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verdi.



Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu. Azərbaycanın dövlət himni səsləndirildi. Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.











Azvision.az



Teqlər: Mehriban-Əliyeva   Moskva  





Xəbər lenti