Zəhərlənərək ölən tələbə qızın yayda toyu olacaqdı - Yenilənib
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib.
Həmin vaxt qızların yüksək temperaturu olub, başları ağrıyıb. Onlara temperatura görə iynə vurulub.
Qeyd edək ki, BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib. Bu gün həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri dünyasını dəyişib. Ölən qız BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovadır.
Əldə etdiyimiz məlumata görə, əslən Qusar rayonundan olan Ş.Xasmətova nişanlı imiş, yayda onun toyu olacaqdı.
Aytən Zəhra
Azvision.az
Teqlər: BDU Zəhərlənmə