Bakıda 3 tələbə qız zəhərlənib, onlardan 1-i ölüb

 Bakıda 3 tələbə qız zəhərlənib, onlardan 1-i ölüb
  21 Noyabr 2019    Oxunub:3287
Bakı Dövlət Universitetinin (BDU) 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi barədə Təcili Tibbi Yardıma saat 12:35-də məlumat daxil olub.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həkimlər hadisə yerinə çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkar ediblər.

"Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Yardıma çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir".

Aytən Zəhra
Azvision.az



Teqlər: BDU   Zəhərlənmə  





Xəbər lenti