Şəmkirdə fermaya basqın edilib

Şəmkirdə fermaya basqın edilib
  21 Noyabr 2019    Oxunub:1719
Noyabrın 19-da saat 3 radələrində Şəmkir rayonunun Bayramlı kəndi ərazisindəki fermaların birindən 8 baş inəyin oğurlanması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə məlumat daxil olub.
DİN-dən Azvision.az -a verilən məlumata görə, dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Fermanın gözətçisi izahatında şəxsiyyəti məlum olmayan 4 nəfərin ona hədə-qorxu gələrək inəkləri aparmasını bildirib. Faktla əlaqədar cinayət işi başlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğun Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Vəliyev tərəfindən bir qrup şəxslə birgə törədilməsi müəyyən edilib.

Araşdırmalarla o da müəyyən edilib ki, onlar oğurlanmış iməkləri Tovuz rayon sakini F.İbrahimova satıb, sonuncu isə heyvanları həmyerlisinə məxsus “QAZel” markalı avtomobilə yükləyib aparıb. İnəklər tapılaraq sahibinə qaytarılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Vəliyev və qrupun digər üzvləri - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Sinisin və R.Moskalyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Şəmkir   Ferma  





Xəbər lenti