“İnanıram ki, YAP iqtidarının ömrü kifayət qədər uzun olacaq” - Əli Əhmədov

 “İnanıram ki, YAP iqtidarının ömrü kifayət qədər uzun olacaq” -    Əli Əhmədov
  21 Noyabr 2019    Oxunub:2618
"Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiyanın yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov xatırladıb ki, yaranmasından təxminən 6 ay sonra partiyanın lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib: “Beləliklə, YAP Azərbaycanın iqtidar partiyasına çevrildi. 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verir. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib”.

YAP sədrinin müavini bildirib ki, hakim partiya ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır: “Partiyamızın sıralarında 750 minə qədər Azərbaycan vətəndaşı var. İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaq. Azərbaycan vətəndaşları YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti