1520 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

  20 Noyabr 2019    Oxunub : 2080
 1520 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Cari ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 1520 nəfər qeydə alınıb.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, müvafiq dövr ərzində 1196 nəfər Azərbaycandan gedən qeydə alınıb və miqrasiya saldosu müsbət 324 nəfər təşkil edib.

Azvision.az

Teqlər: Statistika