Qəbələ RLS minalardan təmizlənəcək

Qəbələ RLS minalardan təmizlənəcək
  15 Dekabr 2013    Oxunub:2484
AzVision.az APA- ya istinadən xəbər verir ki, gələn ilin əvvəlindən Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ərazisinin mina və partlayıcı maddələrdən təmizlənməsinə başlanacaq.

Əməliyyatı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) həyata keçirəcək.

Bunu ANAMA direktoru Nazim İsmayılov deyib:

«Hazırda stansiyanın ərazisi Daxili Qoşunların mühafizəsi altındadır. Orada əsgərlər 4 mina ilə rastlaşmışdılar. Bizim əməkdaşlar tərəfindən ordan daha 9 mina tapıldı».

2012-ci ilin dekabrında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb.

Azərbaycan Rusiyadan stansiyanın icarəsi üçün ildə 300 milyon dollar tələb edib.


Teqlər:





Xəbər lenti