Azərbaycan Dillər Universitetində (ADU) kadr dəyişikliyi olub.
Azvision.az xəbər verir ki, Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev vəzifəsindən azad edilib. O,fəaliyyətini Təhsil Nazirliyində davam edəcək. Bu vəzifəyə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Sevinc Zeynalova təyin olunub. Elmi məsələlər üzrə prorektor vəzifəsi isə Novruz Məmmədova həvalə edilib.