`Orxan Zeynalova Bin Laden kimi davranırlar`- RƏSMİ ETİRAZ

`Orxan Zeynalova Bin Laden kimi davranırlar`- RƏSMİ ETİRAZ
  15 Dekabr 2013    Oxunub:1445
Valeh Ələsgərov Moskvanın Orxan Zeynalovla davranışını sərt tənqid etdi.

AzVision.az xəbər verir ki, dekabrın 10-13-ü Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun rəhbərliyi ilə parlamentin üzvləri Arif Rəhimzadə, Əli Hüseynli, Fəzail Ağamalı, Rövşən Rzayev, Elmira Axundova, Yevda Abramov, Mixail Zabelin və Rüfət Quliyevdən ibarət nümayəndə heyəti Rusiya Federadiyası Federal Məclisi ilə Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının 11-ci iclasında iştirak etmək üçün Moskvada olublar. Azəbaycana qayıtdıqdan sonra Moderator.az nümayəndə heyətinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlaqə saxlayaraq müzakirələr barədə fikirlərini öyrənib. Onun səfər təəssüratlarını təqdim edirik:

“İclas kifayət qədər məhsuldar keçdi. Azərbaycan-Rusiya əməkdaşlığının hər iki tərəfi qane edən bərabər hüquqlar əsasında inkişaf etdirilməsinin zəruriliyi qeyd edildi. Samur keçid məntəqəsinin Rusiya tərəfində-Yaraq-Qazmalar-da mövcud olan ciddi problemlər, azərbaycanlı miqrantlara qarşı zorakılıqla müşayət olunan xoşagəlməz vəziyyət önə çəkildi. Rusiya tərəfi qaldırılan bütün məsələlərə anlaşıqlı yanaşdı və problemlərin aradan qaldırılması üçün Rusiya tərəfindən səylərin gücləndirilməsini vacib hesab etdilər. Qərara alındı ki, hər iki tərəfin gömrük, sərhəd, miqrasiya və digər xidmət strukturlarının məsul şəxsləri yanvarda görüşərək mövcud problemlərin aradan qaldırılması üçün təcili və təsirli addımlar atılsın. Eyni zamanda həmin görüşdə Rusiya Federal Məclisin üzvü məhşur müğənni Alsunun atası Ralif Safin iyul-avqust aylarında Başqırdıstanda-Altayda keçiriləcək musiqi festivalına Azərbaycanın incəsənət nümyanədələrini dəvət etdi. Belə bir yüksək səviyyəli və irimiqyaslı incəsənət tədbirində azəbaycanlıların da iştirakını çox vacib hesab etdi, orda bizi görməkdən çox məmnun olacaqlarını vurğuladı. Əlbəttə, biz çalışacağıq ki, Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində bu məsələ həllini tapsın. Çünki bizim bu regionla əməkdaşlığımızın ən vacib istiqamətlərindən biri də mədəni dəyələrimizin mübadiləsi ola bilər. Ona görə də düşünürəm ki, bizim müvafiq qurumlar bu dəvətə xüsusi önəm verəcək. Ralif Safin parlament nümayəndə heyətini də Başqırdıstana dəvət etdi, hesab edirəm ki, biz çox mötəbər nümayəndə heyəti ilə həmin bayram xarakterli festivalda iştirak etməliyik və beləliklə də xalqlarımız arasında münasibətlərin möhkəmlənməsində körpü rolunu oynamaq imkanımız olacaq.


Nümayəndə heyətinin başçısı Valeh Ələsgərovun, eyni zamanda vaxtilə keçid məntəqəsində Azərbaycan tərəfindən iştirak edən Arif Rəhimzadənin çıxışlarında və miqrantlarla bağlı Mixael Zabelinin vermiş olduğu arayışda bütün narahatlıqlar dilə gətirldi. Çox təəssüflə bildirildi ki, Rusiya-Azərbaycan sərhəddindəki keçid məntəqəsinin Rusiya tərəfində vəziyyət çox dözülməzdir, orada insanlar Azərbaycan tərəfindəki ən yüksək standartlara malik məntəqədən keçib çox biabırçı və minilməsi mümkün olmayan “Qazel”lərə doldurulub qarşı tərəfə keçirilir, sonradan onlar təkrar Bakıdan getdikləri avtobusa mindirilir. Antisanitariya hökm sürür, adicə tualet yoxdur, əl-üz yumaq üçün suyun və müvafiq yerlərin olmaması, zibilliyin baş alıb getməsi də açıqca qarşı tərəfin diqqətinə çatdırıldı. Qarşı tərəfdən Rusiya Federal Miqrasiya Xidmətinin məsul işçisi bununla bağlı müzakirələrdə iştirak etdi və arayışında göstərdi ki, hazırda 26 min azərbaycanlı deportasiya olunub və 200 mindən yuxarı soydaşımız da deportasiya olunmaq üçün qırmızı xəttə daxil edilib. Bildirdi ki, problemləri həll etmək üçün həmin insanlar vaxtında qurumun saytına daxil olaraq öz problemlərinin həlli yollarını oradan tapa bilər. Bildirdi ki, ola bilər ki, cərimə ödəməklə, yaxud müvəqqəti qeydiyyatla bağlı müvafiq prosedurları həll etməklə problemlərini həll edə bilsinlər. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da həmin görüşdə iştirak edirdi və o da Miqrasiya Xidmətinin müzakirələrdə iştirak edən həmin xanım əməkdaşının da Azəbaycana qarşı çox xoş münaisbətinin olduğunu dilə gətirdi. Həmin xanım da qeyd elədi ki, mənim telefonlarım açıqdır və miqrasiya xidmətinin saytında yazılıb, kim müraciət etsə ona lazımi hüquqi məsləhətlər veriləcək. Sadəcə bizdən də çox şey asılıdır və düşünürəm ki, soydaşlaımıza Rusiyaya getməzdən öncə bu ölkənin qanunvericiliyi bərədə lazımi bilgilər verilməlidir. Mətbuatda müvafiq qurumlarımız tərəfindən maarifləndirici tədbirlər həyata keçirilməlidir ki, soydaşlarımız Rusiyaya gedərkən miqrant kimi nələri etməlidirlər. Etiraf etmək lazımdı ki, bir çox hallarda soydaşlarımızın Rusiya qanunlarını bilməməsi üzündən problemlər yaşanır.

Valeh Ələsgərov xüsusi olaraq Orxan Zeynalovla bağlı baş verənləri dilə gətirərək etirazını bildirdi ki, onunla sanki Bin Laden kimi davranıldı. Onunla o cür rəftarın Azərbaycanda ciddi narahatlıqla izlənildiyini də qarşı tərəfin diqqətinə çatdırdı. Bildirdi ki, cinayət törətmişdisə, bunu sivil dünyada qəbul olunmuş hüquqi yolla həll etmək lazım idi. Qarşı tərəfdən yeni həmsədr təyin edilən Umaxanov İlyas Maqomedsalamoviç Dağıstandan Federal Məclisinə üzv seçilib. Azərbaycana qarşı çox böyük sevgisi olan şəxsdir. O da öz tərəfindən əlindən gələni edəcəyinə söz verdi.

Moskvadakı soydaşlarımızla görüşmək, bazarlara gedərək yerlərdə vəziyyəti görmək və onları təlimatlandırmaq imkanımız olmadı. Belə bir görüşü təşkil etmək xeyli müşkül idi. Çünki artıq soydaşlarımız pərən-pərən olub və əvvəlki kimi "Pakrovka" kimi bazarda fəaliyyət göstərmirlər ki, onları yığıb söhbət aparasan. Mən deyərdim ki, diasporamız bu sahədəki işini gücləndirməlidir. Rusiyadakı diasporumuzun işi təkcə bəyanatlar verməklə kifayətlənməməlidir. Onlar Rusiyadakı soydaşlarımızla vaxtaşırı görüşərək təlimatlandırmalı, hüquqi biliklər verməlidirlər. Düşünürəm ki, diaspora öz işini tamamilə yenidən qurmalıdır. Diaspora Komitəsindən də o görüşdə iştirak edən var idi və ona da fikrimizi söylədik, işlərini daha ciddi şəkildə qurmalarını tövsiyyə etdik. Ona da öz arzu və istəklərimizi bildirdik ki, rəhbərliklə danışsınlar. Yəqin ki, özümüz də onlarla görüşüb daha nə edilməli olduğu barədə fikirlərimizi çatdıraq. Yəni elə etməliyik ki, problem gəlib bu səviyyəyə çatmasın".


Teqlər:  





Xəbər lenti