BNA dezinfeksiya işləri aparır

BNA dezinfeksiya işləri aparır
  19 Noyabr 2019    Oxunub:2000
Havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksion xəstəliklərin yayılması ehtimalının artmasını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi qabaqlayıcı tədbirlərə başlayıb.
BNA-dan Azvision.az -a verilən məlumata görə, bu çərçivədə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti