Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu

 Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu
  19 Noyabr 2019    Oxunub:7795
Nazirlər Kabinetində yeni təyinat olub.
Azvision.az -ın məlumatına görə, Baş Nazir Əli Əsədovun sərəncamı ilə tanınmış jurnalist İbrahim Məmmədov Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri təyin edilib.

Xatırladaq ki, İbrahim Məmmədov 1964-cü ildə Zərdab rayonunda anadan olub. O, uzun illər ANS-TV-də işləyib. 2005-2006-cı illərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçisi, 2006-cı ildə AzTV-də İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilədək AzTV-nin sabiq sədri Arif Alışanovun müavini vəzifəsində çalışıb.

İ.Məmmədov bugünkü təyinata qədər ARB-nin sədr müavini olub.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti