Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olundu

Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olundu
  19 Noyabr 2019    Oxunub:1595
Noyabrın 19-da Naxçıvan stansiyasından 125 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:14-də qeydə alınıb.

Ocağı 44 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.

Azvision.az



Teqlər: Zəlzələ   Naxçıvan   Türkiyə   İran  





Xəbər lenti