Xaricdə yaşayan məşhur azərbaycanlılar - FOTOLAR

Xaricdə yaşayan məşhur azərbaycanlılar -  FOTOLAR
  20 Noyabr 2019    Oxunub:19746
Bu gün dünyanın 5 qitəsində milyonlarla azərbaycanlı yaşayır. Onların siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Xaricdə yaşayan azərbaycanlıların bir çoxu istedadı, bacarığı ilə böyük uğurlar qazanıb. Onların arasında tanınmış rejissor, bəstəkar, rəqqas, həkim, aparıcılar da var.
Azvision.az xaricdə yaşayan azərbaycanlılarla bağlı araşdırma aparıb.



“Sehirli Xalat”ın Rəşidi Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərində yaşayır. Bakıda 225 saylı orta məktəbdə rus dilində təhsil alıb. Aktyor hələ 1957-ci ildə - 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb.

Aktyorun ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub. Hazırda Azər Qurbanov kiçik bizneslə məşğuldur.



Fransada yaşayan Aytən Mirzoyeva Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ABŞ-a köçüb. Texasda Universitetə daxil olaraq İdarəetmə və Beynəlxalq İqtisadiyyat fakültəsini bitirib. 20 ildən çoxdur ki, xaricdə fəaliyyət göstərir. ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edən Aytən Mirzoyeva Azərbaycan tibb elminin görkəmli xadimlərindən olan Bəşir Quliyevin nəvəsidir.

O, ailəsi ilə birlikdə Fransanın paytaxtı Parisdə yaşayır. Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidentidir.



"Bəxt üzüyü" filmindəki Seda obrazı ilə tanınan müğənni-aktrisa Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunda anadan olub. 1993-cü ildən qızı Raisa ilə birgə ABŞ-ın Los Anceles şəhərində məskunlaşıb. O, 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.



Aktrisa Natəvan Məmmədova "Azərbaycanfilm"-in çəkdiyi "Park" və digər filmlərdə obrazlar yaradıb. Lakin sonradan kinodan uzaqlaşıb, tamam ayrı sahəyə üz tutub. O, İnşaat Unversitetinin memarlıq fakültəsinə daxil olaraq memarlıq üzrə magistr dərəcəsi alıb. 90-cı illərin ortalarında Azərbaycanı tərk edib. 1997-ci ildən İsraildə yaşayır.



Model Günay MusayevaTovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 2007-ci ildən fəaliyyətini Türkiyədə davam etdirir. 2011-ci ilin avqust ayının sonlarında Türkiyənin məşhur aktyorlarından olan Tolqa Karelə evlənib. 2015-ci ildə boşanan cütlüyün bir oğlu var.



Uşaqlıq mahnısı ilə rekorda imza atan, əslən Füzuli rayonundan olan musiqiçilər Rauf və Faiq Mirzoyev (Rauf & Faik) əkiz qardaşları 1999-cu ildə İjevskdə anadan olublar. Onların ana tərəfdən babası opera müğənnisi olub və Bakıda opera teatrına direktorluq edib.



Azərbaycanlı model Nigar Talıbova 1975-ci ildə Bakıda andan olub. Türkiyədə modellik etməklə yanaşı, “Adrenalin” qrupunun üzvüdür. O, həmçinin Türk-Amerika İşadamları Dərnəyinin sədridir. Türkiyə vətəndaşı Ekim Alptekinlə 2013-cü ilin noyabr ayında rəsmi nikaha girib.



Uzun müddətdir ki, Türkiyədə yaşayan Məlahət Abbasova İstanbul Bələdiyyə teatrının aktrisası və rejissorudur. 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub, o vaxtdan bəri İstanbulda yaşayır. Onun Uğur və Sudə adında iki övladı var.



Türkiyədə yaşayan digər məşhur azərbaycanlı Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. O, qardaş ölkədə bir çox seriallar və filmlərdə rol alıb.



Müğənni İradə İbrahimova 2009-ci ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub və hazırda Türkiyədə yaşayır. Onun bu izdivacdan 2 övladı var.

Davamı olacaq...

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan   Aktrisa   Model  





Xəbər lenti